Türkiyənin “İstanbul Konvensiyasından” çıxmasına qarşı etiraz

Türkiyə hüquq müdafiəçilərin etirazına baxmayaraq, qadınlara qarşı zorakılığın qarşısının alınmasına yönələn beynəlxalq konvensiyanı tərk edib.

“Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” və yaxud da onun imzalandığı yerə görə “İstanbul Konvensiyası” olaraq tanınan sənəd qadınlara qarşı zorakılığı ayrıseçkiliyin bir növü və insan haqlarının pozulması kimi tanıyır.

11 may 2011-ci ildə İstanbul Konvensiyasını imzalayan ilk ölkə Türkiyə olub.

Türkiye, İstanbul Sözleşmesi'nden ayrıldı: Cumhurbaşkanı Kararı, Resmi Gazete'de yayınlandı - Sputnik Türkiye

Şənbə günü ölkənin konvensiyadan çıxması barədə xəbər qərar əleyhdarlarının etiraz aksiyalarına təkan verib.

İstanbulda keçirilən nümayiş vaxtı etirazçılar “Biz susmuruq, qorxmuruq, itaət etmirik”, “Heç vaxt tək gəzməyəcəksiniz”, “Həqiqət, Qanun, Ədalət” və “Yaşasın Qadın Həmrəyliyi şüarlarını qışqırıblar.

Konvensiyaya əsasən, ölkənin mədəni və dini xüsusiyyətlərindən asılı olmayaraq ailədaxili zorakılıq sırf şəxsi məsələ deyil. Türkiyədəki mühafizəkarlar hesab edirlər ki, konvensiyada əks olunan gender bərabərliyi kimi prinsiplər ənənəvi dəyərlərə xələl gətirir.

Türkiyənin ailə, əmək və sosial siyasət naziri, qadın hüquqlarının ölkə konstitusiyası ilə qorunduğunu bildirib. Zehra Zümrüt İstanbul Konvensiyasından imtina etmənin səbəblərini açıqlamayıb.

Avukatlardan “İstanbul Sözleşmesi kararname ile feshedilemez” uyarısı

Türkiyənin müxalif Cümhuriyyət Halk Partiyasının sədr müavininə əsasən, Konvensiyadan imtina “qadınları ikinci dərəcəli vətəndaşlar” kimi görməyə və onların “öldürülməsinə icazə” vermək kimi başa düşülə bilər.

Azərbaycan “İstanbul Konvensiyasına” qoşulmayıb.

BBC

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Son Xəbərlər