Yazıçı Aysel Aydın Əlizadənin “Qadın peyğəmbər” romanı Türkiyədə

Yazıçının kitabı İstanbulda fəaliyyət göstərən “İkinci adam” yayın evində çıxıb.

Aysel Aydın Əlizadə bildirib ki, roman Azərbaycanda illər öncə nəşr olunub:

“Bu kitabın yaradıcılığımda özəl yeri var. Kitab Azərbaycanda iki dəfə çap edilib. Yayda Türkiyədən təklif gəldi. Burada kitabınız yayınlansa, yaxşı olar dedilər. İstanbulda daha öncə iki kitabım çap edilib. Bu, üçüncü oldu. Təşəbbüs başqalarından gəlib hər dəfə. Bu cür diqqətə görə çox sağ olsunlar. Bu dəfə də dəyərləndirdim. Düşündüm və “Qadın peyğəmbər”in üzərində dayandım. Yayın evinə yolladım. İncələyib yayınlayacaqlarını yazdılar. Müqavilə bağladıq və gözlədim. Bir neçə ay çəkdi. Nəhayət çap edildi. Türkiyənin ən yaxşı yayın şirkətlərindən biridir. Çox ümid edirəm ki, Türkiyə oxucusu üçün maraqlı olacaq. Sevincliyəm”.

 

 

Qeyd edək ki, kitab bu gündən satışa çıxarılacaq.

No description available.

 

qadinkimi.com

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Son Xəbərlər