Kamalə Abiyeva yazır:Azad etdikləri ərazilərdə Şəhid ailələrinə, qazilərimizə torpaq sahəsi verilməsini təklif edirəm

Axı 28 ildən çox keçmişdi. Şuşa azad olundu. Əsgərlərimiz 28 ildən sonra küknar,yəni yolka bəzəyib şəkil çəkdirib paylaşdılar, bizi sevindirmək üçün sevinclərini paylaşdılar . Hamımız sevindik…
Necə sevindik? Ürəkdən sevindik igidlərimizlə birgə. Niyə sevindik? Axı 2021 – ci ilə azad Şuşa ilə gedirik. Hələ Fizuli, Ağdam, Zəngilan, Qubadlı, Laçın…

Hər qəsəbə, kənd, rayon, yüksəklik alınanda küçələrə çıxdıq, bayram etdik. Şəhidlər vardı amma. Hətta şəhid anaları da övladlarının arzuları yerinə yetdiyi üçün təsəlli tapdılar. Canlarından keçənlərin arzusuydu torpaqlarımızı azad etmək, azad görmək.

Hamımızın arzusuydu və bunun qurbansız, itgisiz olmayacağını bilirdik.

Mən Vətənimi sevən biriyəm. Evdə yolka qurmağım bu sevgini azaltmır. Ömrümün elə çağındayam ki, hər yeni il mənə bir az da kədər gətirir. Yaşımın üstünə yaş gəlir. Qocalığı ucalıq hesab etmirəm, elə qocalıq hesab edirəm. Amma evlərdə yolkaların bəzədilməsinin əleyhinə deyiləm.Bütün evlərdə uşaqlar var. Həm də ömrümüzə Yeni il gəlir.
Yolka bəzədilməsinin müzakirə mövzusu olmasını başa düşmədim. Niyə müzakirə edirik?
İnsan vətəni sevirsə, Şəhidini sevirsə, yolka bu sevgini azaltmır. Mənim Vətən sevgimə heç nə təsir edə bilməz. Nə yaşadığım çətinliklər, uğradığım haqsızlıqlar, nə məmurların rüşvətxorluğu… Hər Şəhid, hər Əsgər mənim üçün əzizdi-dəyərdi. Bunu heç nə dəyişə bilməz. Və dəyişməz.
İndi xidmətdə olan əsgərlərimiz yeni il etməsin? İndi o Şuşada yolka bəzəyən əsgərdən çox əzab çəkirik? Təbii çal-çağır tərəfdarı da deyiləm. Və həqiqətən , ürəkdən təntənəli bayram etməyin şəhidlərin ruhuna, şəhid ailələrinə hörmətsizlik olduğunu düşünənlər var.Onsuz da pandemiya dövrüdür. Amma bilirəm ki, hər il bu bayrama qarşı çıxanlar olur. Bunu da dini müstəviyə çəkənlər, müəyyən məqsədləri olanlar var. “Bu müsəlmanların bayramı deyil” deyə hay – həşir salanlar var. Hətta illərdi evlərində yeni il keçirməyənlər də var. İndi bu vəziyyətdən istifadə etmək elə xəyanətdi.

Ulu öndərin, ümummilli liderimiz Heydər Əliyevin 31 dekabrı Dünya Azərbaycanlılarının həmrəylik günü elan etməsi o qədər möhtəşəmdi ki!

Bir az düşünək.

Şəhidlərimizə ən böyük sevgimiz Vətəni qorumaq, onun hər daşını sevməkdi. Bir-birimizin haqqını tapdalamamaq, qanunlara hörmət etməkdı. Qazanc naminə tarixi binalarımızı söküb, yerində əyləncə məkanları tikməməkdi. Və s…Və i…

Son günlər Rusiya sülhməramlılarının “Sülh”ə xəyanəti hamımızı qıcıqlandırır. Hamımız suallarla qalmışıq: Necə olacaq? Bizi müharibəyəmi sürükləyirlər? Xalq olaraq etiraz etməliyikmi?… Bu sualların cavabına hazırıq! Turançılıq idealogiyası onları qorxudur əmin olun! Biz isə birləşməliyik.Hər bir əsgərimiz deyir: döyüşlərdə yoldaşlarıma baxıb düşünürdüm ki, biz necə güclü xalqıq. Bu xalqa heç kim, heç nə edə bilməz!

İnanıram ki, 2021-ci il bizə uğur gətirəcək. Bəlkə Zəngəzurumuz, İrəvanımız da azad oldu? Belə düşünək və gülümsəyək.
Gülümsəyək ki, Şəhidlərimizin ruhu rahat olsun. “Şəhid olsam, ağlamayın” deyib hər biri yaxınlarına, doğmalarına, sevdiklərinə.

Açılan hər sabaha GÜLÜMSƏYİN!!!

Ömrümüzün Yeni ili xoş gəldi!

 

 

y herfi yeni il sekilleri, h herfi yeni il sekilleri, yeni il papaqlari adlar 2018 yeni il papaqlarinin usdunde adlar 2018 yeni il bayram sekilleri, yeni il bayrami sekilleri, yeni il sekilleri

 

 

 

Mühüm əlavə: Mən Zəngilanda, Qubadlıda, Xankəndində, Xocalıda, Xocavənddə, Şuşada və bütün azad etdikləri ərazilərdə Şəhid ailələrinə, qazilərimizə torpaq sahəsi verilməsini təklif edirəm. Ev – eşiyi olmayan o qədər şəhidimiz, igidimiz var ki! Yəni evinin olmasından asılı olmayaraq, azad etdikləri torpaqlarda yaşamaq onların haqqıdır. İnanıram ki, könüllü olaraq döyüşənlər, canından keçənlər kimi, orda yaşamaq istəyənlər də olacaq.

Azadlığı yaşamaq arzusuyla

 

 

Kamalə Abiyeva

qadinkimi.com

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Son Xəbərlər