“Zorakılığın Normallaşdırılma Sürəci”

Eva Lundgren

Azərbaycan Türkcəsinə Uyğunlaşdıran: Türkan Urmulu

 

Bu il 2004-də, həm ROKS (İsveçdəki ulusal qadınlar və qız uşaqları üçün qurulmuş sığınma evlərinin örgütü) həm də “Zorakılığın Normallaşdırılma Sürəci” iyirminci yaşına girir.

Daha sonralar “Zorakılığın Normallaşdırılma Sürəci”ni formalaşdıracaq fikrin toxumları “Tanrı sevdiklərini zorakılıqla cəzalandırır”da ortaya çıxa bilər. 1984-cü ildə yayınlanan bu çalışmada, qadına qarşı zorakılıq üzərinə etdiyim ilk görüşmələri sunaraq, qadınlar ilə ilişkimi bir öyrənmə sürəci olaraq tanımlamış (tərifləmiş) və bəzi təkrarlayan və acı verən təəssüratları vurğulamışdım. Bunlardan biri də bu idi: “zorakılığın normallaşdırılması- özəlliklə də erkəyin rolu ilə basqı, məhdudlaşdırma, qorxu və zorakılıq arasındakı yaxınlıq və keçişlər… gerçəkdən də daha əl altından ifadəsini tapan ‘doğal’ erkək otoritəsi ilə psixolojik və fiziksəl məhdudiyyət, qorxu və zorakılıq arasındakı hüdudu çəkə bilmək rahat deyil. Məni etkiləyən bir başqa nöqtə də, qadınların zorakılıq ilə mübarizə yöntəmi olaraq özlərinin özlərini cəzalandırmağı və arxa planda tutmağıdır”. (Lundgren 1984, 52f, çeviri)

Bu təəssüratlarımı açıqladıqdan sonra, qadınların nədən erkəklərin zorakılıq ilə ilgili məntiqsiz açıqlamalarını qəbul etdikləri sorusunu ortaya atmışdım və zaman- zaman zorakılığı açıqlamaqda “gəlişməçi baxış açısı” olaraq da xatırlanan “normallaşdırılma” qavramı ilə bu soruya belə cavab vermişdim:

“Qadınların dediklərinə yaxşı qulaq verərsəniz, siz də anlayacaqsız. Bu sözlərdə hədə- qorxunu, məhdudlaşdırmağı, zorakılığı, beyin təmizlənməsini və bir insanın dirənmə gücü bitənə qədər necə əpridiyini görə bilərsiniz, amma eyni zamanda iztirabın içində necə dayanacaq bir şeylər tapdığını, sağ qaldığını da…”(age, 66, çeviri)

ROKS-un və “Zorakılığın Normallaşdırılma Sürəci”nin 20-ci yaş günlərinə yaxınlaşdığımız bu günlərdə keçmişə dönüb baxdığımızda, bu fikirlərin hələ də keçərli olduğunu görürəm. Qadınlar, mənə zaman içində təqib edib gəlişdirdiyim bir ipucu verdilər: zorakılıq bir sürəc olaraq ələ alına bilər. Təsir göstərici və təhlükəli olan bu sürəc içində, erkəyin zorakılıq etməsi digər kontrol mekanizmaları ilə birləşib ölümcül sonuclara nədən ola bilər. Elə ki ən pis bir hərəkət belə zaman getdikcə normal görülməyə başlanır. Zorakılıq normallaşdırıldığında , yəni normal olaraq görülməyə başladığında, erkəyin gerçəkliyi qadının gerçəkliyi durumuna gəlir və zorakılıq içsəlləşdirilir.

Sürəcə təkid edən bu anlayışın kökləri yuxarıdakı ifadələrdə tapıla bilər. Bir sürə sonra, meydana gələn dramatik olaylar ilə qadınlıq-erkəklik və partner olma ilişkilərinin anlamları arasında -yəni toplumumuzun normal və sabit olaraq görülən bölümləri olan toplumsal cinsiyyət ilə partnerlər arası sevgi normları arasında- bir ilişki olduğunu anlamağa başladım.

“Zorakılığın Normallaşdırılma Sürəci”nin ilk versiyasını 14-15 Noyabr 1988-ci ildə Stokholmdakı bir konfransda sundum. (Bu sunum, 14/89 sayılı Jamfo raporunda yer aldı. Daha sonra gözdən keçirilmiş olaraq ROKS tərəfindən 1991-ci ildə yayınlandı.) bu konfransda nazirlər Anna-Greta Lejon və Margot Walström, toplumsal cinsiyyət təməlli zorakılığı, toplumsal cinsiyyət eşitsizliyinə əsaslandırıblar və qadınlar üzərindəki toplumsal basqının son göstərgəsi olaraq ifadə etmişdilər. Bu yanaşma, isveçin qonu ilə ilgili daha sonra yaratdığı rəsmi anlayışın da təməllərini təşkil edirdi. İşin əsli, qadına qarşı zorakılıq ilk dəfə bir Hökümət Bəyannaməsində toplumsal cinsiyyət məsələsi olaraq tanımlanırdı (Bəyannamə 1990/91:113): “Zorakılıq cinsiyyətlər arasındakı iqtidar ilişkilərində eşitsizliyin hökm etdiyinin göstərgəsidir”. Erkəklərin etdikləri zorakılığı iqtidarın sonuncu göstərgəsi olaraq almaq, zorakılığın gücsüzlük göstəricisi olduğunu önə sürən fikirlərə, yəni İsveçdə zorakılığı “normal” erkəklərin deyil psixolojik ya da sosyal yöndən yoxsun erkəklərin etdiyi yolundakı inanışlara, açıqca bir qarşı çıxmaqdı.

Burada feminist bir zəfər və başarılı bir yenilikçi ruh haqqında qurduğumuz bu kiçik hekayə, əlbəttə, “Zorakılığın Normallaşdırılma Sürəci”nə, yuxarıda sözü keçən cinsiyyət eşitliyi qonulu Hökümət Bəyannaməsinə və “Qadınların Dincliyi”nə  yönəlik olan dirənişin güclü olduğunu gizlədə bilməz. Yorumlar üzərindəki mübarizə dəvam edir. Digər tərəfdən, yerləşmiş, kökləri dərindəki anlayışların işləvsəl(funksional) olduqlarını və bunu zorakılığı gizlədərək, təhqir edərək, üzrlü göstərərək keçərli və dəyişməz görünmələrinə borclu olduqlarını görürük. Yenə də somut(konkret) zorakılıq ilə qarşı- qaşıya qalındığında, İsveçdəki qadın sığınacaqları örnəyində olduğu kimi, əsil feminist yöntəmlərin işləvsəlliyi isbat olur. Bu nədənlə Qırmızı Corablar [1] hüdudlarını aşsalar da, Brüsseldən Braziliyaya, Norveçdən Karlstada qədər götürülsələr də, fərqli şəkillərdə zərərsiz hala gətirilməyə çalışsalar da, rənglərini itirmirlər.

Güclü bir inancım var: Sadəcə zorakılığın feminist analizi və sirf tolerantı (erkəklərin etdiyi zorakılğın sıfırlanmağı –qadınların həyatının zorakılıqdan arınması- və erkəklərin daha dəyərli olduğu fikrindən qaynaqlanan aşırı özünə güvənmənin sıfırlanması) qadınların həyatının dəyəri ilə ilgili kəsin hədəfimizə çatmağımıza nədən ola bilər.

ROKS-a “Zorakılığın Normallaşdırılması- İki Tərəf, İki Strategiya!” adlı məqaləmi düzənləməyim və tamamlamağım qonusunda mənimlə ilişkiyə keçdikləri üçün çox təşəkkür edirəm. Bu basımda da, əski basımda olduğu kimi, mənə ilk araşdırmamda qadınların verdiyi ipuclarını təqib edirəm. Bu fikir, zorakılıq görən başqa qadınlar ilə, onların indiki və keçmişdəki partnerləri və uşaqları ilə etdiyim görüşmələr sayəsində dərinləşib gəlişdi. Ayrıca normallaşdırmanın analizinin İsveçdəki politik və akademik söyləmlərə necə oturduğuna dair də bir fikir var: Yabançı quş İsveçdə özünə bir yuva tapdı!

Umuram ki, bu kitab qonu haqqındakı bilgiyə, erkəklərin etdiyi zorakılığla mübarizəyə olan bağlılığa və yenilməz cəsarətə yardım etmiş olar!

 

Yanvar 2004

Eva Lundgren

Sosioloji Professoru

Sosyal bilimlər Feminist Çalışmalar

Uppsala Üniversitəsi

eva.lundgren@samgenus.uu.se

 

——–

[1]Qırmızı Corablılar: Fevral 1969-cu ildə Shulamith Firestone-un New York Radikal Women-dən ayrılmasıyla qurulmuş olan radikal feminist qadınların özgürlüyü hərəkəti. Burada bu hərəkətdən müstəqil olaraq “Radikal Feministlər” anlamından qullanılmışdır.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Son Xəbərlər