Feminism hər kəs üçündür : “BACILIQ” HƏLƏ DƏ GÜCLÜDÜR”- 3

FEMİNİZİM HƏR KƏS ÜÇÜNDÜR: “BACILIQ” HƏLƏ DƏ GÜCLÜDÜR

Bell Hooks

Azərbaycan Türkcəsinə Uyğunlaşdıran: Türkan Urmulu

3-cü Bölüm:

“Bacılıq” Hələ Də Güclüdür

“Bacılıq güclüdür” şüarı ilk işlədildiyində möhtəşəm bir etki buraxmışdı. Feminist hərəkətə tam anlamı ilə qatılmam universitetdəki ikinci ilimdə oldu. Stanford universitetinə girmədən öncə bir il boyunca sadəcə qadınların eyitim gördüyü bir universitetdə oxumuş biri olaraq, erkəklər və qadınlardan oluşan siniflər ilə sırf qadınlardan oluşan siniflər arasında, qadın özünə inamı və cəsarəti baxımından necə bir fərq olduğunu öz təcrübələrimdən bilirdim. Stanfordda bütün siniflərdə erkəklərin sözü keçərdi. Qadınlar daha az danışar, daha az görüş bildirərdilər və danışmağa başladıqlarında söylədikləri çətinliklə eşidilərdi. Səsləri güclü və güvənli çıxmazdı. Daha da pisi, əsla “böyük” bir yazar ya da düşünər ola biləməyəcəyimizi söylərdilər. Bunların hamısı məni çox şaşırdardı ,çünki aydınlıq dəyərimizin və nə qədər qiymətli olduğumuzun, bir çox qadın olan professorlarımızın həm bizim həm də özləri üçün bəlli etdiyi akademik mükəmməllik standardlarına uyğun təsdiq edildiyi, təmamən qadınlardan oluşan bir ortamdan gəlirdim.

Əslində, ağ dərili bir qadın olan və ən çox sevdiyim İngiliscə dili və ədəbiyyatı professoruma çox şey borcluydum. Qadın univesitetində ağırlaşdırılmış bir yazı proqramı olmadığı üçün yetərli akademik yönləndirməyi ala bilmədiyimi deyən də o idi. Stanforda baş vurmağım üçün məni cəsarətləndirdi. Bir gün önəmli bir düşünər və yazar ola biləcəyimə inanırdı. Stanfordda isə yetənəyim sürəkli şübhə altındaydı. Özümə şübhə etməyə başladığım zaman feminist hərəkətlər universitə mühitini qarışdırmışdı. Qadın öyrəncilər və professorlar sinifin içində və dışında toplumsal cinsiyyətə dayanan ayrıseçkiliyin ortadan qaldırılmasını tələb edirdilər. Çox intensiv və möhtəşəm bir zamanlar idi. O zaman, yazar Tillie Olsenin verdiyi, ilk qadın araşdırmaları dərsimi aldım. Olsen, öyrəncilərini öncəliklə işçi siniflərindən gələn qadınların qədəri haqqında düşünməyə məcbur edilirdi. Yenə bizim ustadımız olan və sonralar bir gün də Anne Sextonun biyoqrafiasini yazacaq olan Diane Middlerbook, bir gün şeirlərimdən birini adımı vermədən bütün sinifə payladı və yazarın qadın ya erkək olduğunu soruşdu. Bizi, yazıya, toplumsal cinsiyyətə ilişgin ön yarqılar üzündən dəyər vermək haqqında ələşdirəl biçimdə düşünməyə yönəldən bir təcrübə idi bu. Orada Aint I a Woman: Black Woman and Feminism (Mən Bir Qadın Deyiləmmi: Qara Dərili Qadınlar və Feminizm) adlı ilk kitabımı yazmağa başladım; on doqquz yaşındaydım. Qadınlar arasındaki dayanışmanın təməlini qoyan feminist hərəkət olmadan bu inanılmaz dönüşümlərin heç biri gerçəkləşə bilməzdi.

Söz qonusu təməl, içsəlləşdirdiyimiz cinsiyyətçiliyə qarşı duran və o zamanlar “içimizdəki düşmən” deyə adlandırdığımız şeyin ələşdirisinə dayanırdı. Hamımız öz denəyimlərimizdən bunu bilirdik: Ataərkil düşüncə bizləri, özlərini erkəklərdən aşağı görən, ataərkinin gözünə girmək üçün bir- biri ilə sıx rəqabət edən, qısqanclıq, qorxu və nifrət bəsləyərək bir- birini xor görən qadınlar olaraq toplumsallaşdırdı. Cinsiyyətçi düşüncə bizə, bir- birimizi mərhəmətsizcə yarqılayıb acımasızca cəzalandırmağı öyrətdi. Feminist düşüncə isə biz qadınların özümüzə duyduğumuz nifrəti başımızdan söküb atmağımıza yardımçı oldu. Bilincimizi ataərkil düşüncənin boyunduruğundan qurtarmağımıza nədən oldu.

Erkək dostluğu, ataərkil kültürün qəbul edib onayladığı bir yönü idi. Topluluqlar içində erkəkərin bir- birlərinə sıxlıqla bağlanacağı, bir- birilərinə dəstək olacağı, taxım yoldaşı kimi davranacağı, topluluğun mənfəətlərini şəxslərin və etibarının üstündə tutacağı var sayılırdı. Qadın dostluğu isə ataərki içində mümkün deyildi, xaincə bir davranış idi. Feminist hərəkət qadın dostluğunun oluşması üçün ortam yaratdı. Dostluğumuzu erkəklərə qarşı oluşdurmadıq, qadınlar olaraq öz çıxarlarımızı qorumaq üçün oluşdurduq. Dərslərdə qadınların yazdığı heç bir kitabı qullanmayan professorlar ilə didişdiyimizdə isə, bunu onları sevmədiyimiz üçün (genəldə sevərdik) etmədik. Haqlı olaraq, dərs proqramındakı və dərsdəki toplumsal cinsiyyət ön yarqılarını ortadan qaldırmaq istəyirdik.

1970-ci illərin başında qadın erkək qarışıq oxulumuzda gerçəkdən feminist dönüşümlər eyni zamanda ev və iş dünyasında da gerçəkləşirdi. Feminist hərəkət biz qadınları hər şeydən öncə, özümüzü və bədənimizi erkəklərin malı kimi görməkdən vaz keçməyə doğru yönəltdi. Cinsəlliyimizin təcrübəsinin bizə aid olmağını, etkili doğum kontrol yöntəmlərini və törəməyə dair haqları, təcavüz və cinsəl əziyyətin sona çatmasını tələb edəcəksək, sağlam bir dayanışma içində olmalıydıq. İş həyatındakı ayrıseçkiliyi dəyişdirə bilmək üçün qrup olaraq lobbi etməmiz və genəl politikaları dəyişdirməyimiz gərəkli idi. Nəhayətində ölkəni qarışdıracaq olan güclü bir “bacılıq” qurmaq yolunda ilk addım, qadınlardakı cinsiyyətçi düşüncə ilə mübarizə etmək və onu dəyişdirmək idi.

Vətəndaşlıq haqları devriminin həmən sonrasında canlanan feminist hərəkət, 1970 və 1980 on illiklərində ABŞ-ın üzünü dəyişdirdi. Bu dəyişimlərin gerçəkləşməsinə nədən olan feminist aktivistlər bütün qadınların mutluluğu və rifahı üçün çalışdılar. Qadınların arasında qurulan “bacılıq” biçimində ifadə olunan politik dayanışmanın, qadın təcrübəsini olumlu(müsbət) bir şəkildə tanımanın, hətta ortaq dərdlərin qarşısında bir- birimizin halından anlamanın o tərəfində bir şey olduğunu anlayırdıq. Feminist “bacılığın” kökləri, ataərkil ədalətsizliyin bütün biçimləri ilə mübarizə sorumluluğunu paylaşmaqda yatar. Qadınların arasındakı politik dayanışması, cinsiyyətçiliyi hər zaman zəiflədir və ataərkinin yıxılması üçün uyğun qoşulları yaradır. Bəlkə qadınlar, basqı altındakı qrupların içində yer alan başqa qadınların üstündə hakimlik və sömürgəyə imkan tanıyan iqtidarlarından vaz keçməyə şəxsi bir zəmində istəkli olmasaydılar, irq və sinifin çəkdiyi sınırların o tayında bir “bacılıq” əsla mümkün olmazdı. Bu önəmli bir nöqtədir. Qadınlar, başqa qadınların üstündə hakimlik qurmaq amacı ilə irqlərinin və siniflərinin gücünü qullandıqları müddətcə, feminist “bacılıq” heç bir zaman tam anlamı ilə gerçəkləşə bilməz.

1980 on illiyində feminizm üzərində opportunist bir şəkildə haq iddia edən qadınların sayısı artdı. Bu qadınlar, cinsiyyətçilikdən sıyrılmalarına imkan verəcək bir feminist bilinc yüksəltmə təcrübəsindən keçməmişdilər. Dolayısı ilə, başqa qadınlar ilə qurduqları ilişkilər “güclü olan zəif olana hökm etməlidir” biçimindəki ataərkil görüşdən etkiləndi. Qadınlar, özəlliklə də bu sürəcin öncəsində toplumsal imtiyazlarını itirmiş olan imtiyazlı ağ dərili qadınlar, öz içlərindəki cinsiyətçilikdən qurtulmadan sinifsəl iqtidar qazanmağa başladılar; buna görə də qadınların arasındakı ayrımlar kəskinləşdi. Rəngli qadınlar[1] toplumdakı irqçiliyi bütünlüklə ələşdirib irqçiliyin feminist teori və pratiki necə formalaşdırdığına diqqət çəkməyə çalışarkən, bir çox ağ dərili qadın buna qulaq asmayaraq zehinlərini və vicdanlarını bağlayaraq “bacılıq” təsəvvürünə üz çevirdi. Qadınların arasındakı sinifçilik söz qonusu olduğunda da bənzər bir durum ortaya çıxdı.

Feminist qadınların, özəlliklə də sinifsəl üstünlüyə sahib olan ağ dərili qadınların, ev işləri üçün yardımçı tutmağın uyğun olub olmadığını dartışdıqlarını xatırlayıram; daha az imtiyazlı qadınların əzilməsinə və təhqir olmağına ortaq olmayacaq bir yol tapmağa çalışırdılar. Bu qadınlardan bəziləri, işə aldıqları qadınlar ilə geniş bir eşitsizlik bağlamında qarşılıqlı irəliləməyi mümkün qıla biləcək olumlu ilişkilər qurmağa başladılar. Utopik qoşullara çata bilməyəcəkləri kimi bir nədən ilə bacılıq görüşünü buraxmaq yerinə hər kəsin ehtiyacını diqqətə alan gerçək bir bacılıq yaratdılar. Bu qadınların arasında feminist dayanışma(həmrəylik) qurmaq yolunda çətin bir çalışma idi. Təəssüflə, feminizm içində opportunizm güclənməyə başladıqca, feminist qazanımlar yayqınlaşıb bu yöndə mücadiləyə gərək qalmadığı düşünüldükcə, bir çox qadın, dayanışmanı yaratmaq və sürdürmək üçün çox əmək vermək istəmədi.

Qadınların böyük bir qismi bacılığı tək hərəkətdə sildilər. Bir zamanlar ataərkiyi ələşdirən və ona meydan oxuyan bəzi qadınlar cinsiyyətçi erkəklər ilə təkrar birləşdilər. Qadınların arasındakı sıx və çirkin rəqabəti görüb xəyanətə məruz qaldığını his edən radikal qadınlar dəfələrcə geri çəkildilər və bu nöqtədə, bütün qadınların içində yarışmalar oldu. Bir çox qadın əskidən bəri hərəkətin şüarı olan bacılıq təsəvvürünü artıq gərəksiz görməyə başladı. Olumlu dəyişimlərin ortaya çıxmasında əsas güc olan politik qadın dayanışması bir sürədir təhdid edilir və dayanışmaya zərər verir. Sonuc olaraq bizlər, eynən feminist hərəkətin ilk günlərindəki kimi, qadınların arasında olan politik dayanışmaya olan bağlılığımızı yeniləmək ehtiyacının içindəyik.

Çağdaş feminist hərəkət ilk yarandığında, sahib olduğumuz “bacılıq” təsəvvürü politik dayanışmanı gerçəklik halına gətirmək üçün tam olaraq nə etməmiz gərəkdiyinə dair somut(konkret) bir anlayış daşımırdı. Bu gün, təcrübə və çalışmalarımızın sayəsində (başarısızlıqlarımızdan və xətalarımızdan çıxartdığımız sonuclar ilə) bütünlüklü bir teorimiz və ortaq bir pratikimiz var; feminist politika ilə yeni tanış olanlar, dayanışmamızı yaratmaq, sürdürmək və qorumaq üçün nələr edilməsi gərəkdiyini öyrədə biləcək durumdayıq. ələşdirəl bir bilinc gəlişdirməyi hədəfləyən feminist eyitim sürəkli yerinə gətirilməlidir; çünki bir çox gənc qadın feminizm haqqında çox az şey bilir və bu qadınların bir çoxu cinsiyyətçiliyin artıq sorun olmaqdan çıxdığı kimi yanlış bir düşüncə içərisindədir. Yaşca daha böyük feminist düşünərlər, gənc qadınların yetişginliyə keçdikləri dönəmdə feminizm bilgisinə onsuz da çatdığı şəklində bir yanlışa düşməməlidirlər. Gənc qadınların onların yol göstərməklərinə ehtiyacları var. Bacılığın dəyəri və gücü toplumumuzdakı qadınlarıın genəli tərəfindən unudulur. Yenilənmiş feminist hərəkət, bir daha bayrağı yuxarılara qaldırıb “bacılıq güclüdür” deyə bağırmalıdır.

Radikal qadın qrupları, bacılığı yaratmaq və qadınların arasındakı feminist politik dayanışmanı davamlı etmək davasına olan bağlılığımızı bu gün də sürdürürlər. İrq və siniflərə bağlı olmayan bir bağ oluşdurmaq üçün çalışmalarımız davam edir. Bu gerçəkliyi onaylamaq üzərə cinsiyyətçilik qarşıtı olan düşüncə və pratiki həyata keçiririk: qadınlar bir- birlərini hakimlik altına almadan özlərini gerçəkləşdirib uğuru əldə edə bilərlər. Şanslıyıq; yaşadığımız hər gün bacılığın somut(konkret) anlamda gerçəkləşə biləcəyini, hələ də bacılığın güclü olduğunun bir az da artıq fərqində oluruq.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Son Xəbərlər