Qadın olmaq çətindir

Kimdi qadın? Qadın olmaq necədir? Hərdən düşünürəm: övlad, bacı, dost, sirdaş, sevgi, sevgili, həyat yoldaşı, ana, …olmaqdımı qadın olmaq?

Xoşbəxtlikdimi bütün bunlar? Məncə yox.

Bəlkə bəzi ölkələrdə qadin olmaq xoşbəxtlikdi. Amma bəzilərində , xususən , müsəlman ölkələrində qadın olmaq çox cətindir. Qurduğun həyatın zorluqları ilə barışmaq, onlara sinə gərmək, güclü olmağa çalışmaq. Nə qədər zərif olsan da güclü olmaq məcburiyyətində qalmaq… Ancaq onun da bir tukənən vaxti olur.

Özün – özunə sual verirsən. Təəssüf ki, onu da ritorik suallar kimi cavablandıra bilmirsən. Cavabsız suallarla yaşayırsan.

İllər keçdikcə cavablandıra bilmədiyin suallar daş olub qəlbindən asılır, sənə əzab verir. Hər şeyi ürəyində dəfn edib, səni məhv edən həyatın əzablarına qatlaşıb yoluna davam edirsən. Sonu görünməyən bir yola çıxıb irəliləməyə çalışırsan. Və nə zaman nəyə çatacağını bilmirsən. Budurmu qadın olmaq , budurmu yaşamaq…?

Ölümü öldürən » Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar ...

Qadın olmaq çətindir .

Çünki sənin sevməyə məcbur olduğun adətlərin var. İstəmədiyin həyatı yaşamağa məcbur olursan. Sussan da müqəssirsən, susmasan da. Həyatını davam etdirmək üçün mübarizə aparırsan , haqsızlıqlara dözdüyün üçun özünü qınayırsan.

Çətindir qadın olmaq . Çox şeyləri gizləyirsən qəlbində , hamıdan gizləyirsən. Buna görə də yalnızdır bütün qadınlar bəlkə də…. İllər uzunu sağalmaz yara almış bir qadın əllərini özünə sipər edib yoluna davam edir amma.

Yaralar almış qadın ətrafa inamsız olur və yaşadıqlarına göz yumur.Həyatına göz yumur… Cünki qadın olmaq çətindi…

Yeganə Sadıxova

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Son Xəbərlər