6 Mart 2020 میزیلتی فرانک فرید(ایپک) ائله میزیلدانیرام ائله میزیلدانیرام هر دیله بنزهسین دیلیم باشا دوشنلرین اَلیندن اؤپهجهیم! قولاقلاری اوخشاییرام، پیچیلداییرام سسیم اورگیمه قووُشور، اورگیم قانیما قوشولورام سسسیزلیگه، سؤزسوزلوگه سوسقونلارین اورتاغی تک، لاللارا، دیلسیزلره، دیل آچمایانلارا قوشولورام سؤزلری اولوب، سوسانلارا دیرین دیرین اَسیب دؤزنلره یورولوب سسدن دوشنلره سوسورام، سوسورام، سوسورام . . . چیبانیم چیرپینیر، زوقولداییر آنجاق، زوققو دیلیمده زیققیلدانیر قوشولورام سیزیلدایانلارا قاچیرام، قاچیرام، قاچیرام… خستهخانالاردا دولانیرام یورقانـدؤشکلره دوشورم، دیوارلاردان یاپیشیرام قووُشورام آجیدان بوغولانلارا، قوشولورام باشلاری بدنلرینه آغیرلیق ائلهییب باغیرانلارا! قوشولورام سانجیدان دوغرانانلارا؛ دوغانلارا آنادان اولوب، چیغیرانلارا!
Analizlər, Azərbaycan və Türk qadını, İnsan haqları, Müsahibələr, Qadın, Videolar, Xəbərlər Simin Səbri: İslam Respublikası gücünü göstərmək üçün qadınlara təzyiqi artırır
Azərbaycan və Türk qadını, İncəsənət, Qadın, Videolar Həyatı sürgünlərdə keçən, piano ifacısı Cahan Talışinskaya
Azərbaycan və Türk qadını, Ədəbiyyat, Kitab aləmində, Qadın, Xəbərlər Aysel Əlizadənin kitabı Beynəlxalq Konqresdə təqdim edilib
Azərbaycan və Türk qadını, Kitab aləmində, Müsahibələr, Qadın, Videolar, Xəbərlər İran və İsrail arasında diplomatik skandala səbəb olan Təbrizin Sehrli Nağıları kitabı
Azərbaycan və Türk qadını, İnsan haqları, Qadın, Xəbərlər Həkimə Əhmədi Urmiyə gölüne etirazlarlarda Təbriz şəhərində həbs edildi